Dəyərli həmkarımız Elbəyi Həsənlinin 62 yaşı tamam oldu. Elbəyi Həsənli Azərbaycan
mətbuatında imzasını qorumağı bacaran jurnalistlər sırasında hər yerdən
görünür. Özü qürbətdədir, imzası Vətəndə.
Elbəyi Həsənli mətbuatın ən ağır illərində taleyinə ağrılar-acılar
yazılan “Yeni Müsavat”ın qələmini külüng edən jurnalistlərindən idi. Sədaqətini
həmişə qoruyub saxladı. Ölkədə deyil, amma yenə “Yeni Müsavat”dadır. Hələ də
yazır, hələ də oxunur, hələ də reportajları, analitik yazıları medianı mövzularla
zənginləşdirir.
İmzan daim parlasın, Elbəyi Həsənli. Qürbətdə yaşamaq onusuz da çətindir.
Bir jurnalist üçünsə qürbət dərddir. Vətənə qismət olan xoş günlər dərdini ovundursun,
qələmindən çıxan yazıların oxucularda yaratdığı ovqata rahatlıq qatsın.
Mediaekspert.az